Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsində cavab oyunlarına start verilib.
İlk oyunda qərb təmsilçisinə məğlub olaraq finala yüksəlmə şanslarını bir qədər də azaldan “Neftçi” cavab matçında əzmkarlıq nümayiş etdirib. “Turan Tovuz” ilə matçın ilk dəqiqələrindən hücumlarını dayandırmayan “ağ-qaralar” fasiləyə kimi istədiyini nəticəni əldə edə bilməyiblər. İkinci hissədə də qonaqları müdafiəyə çəkilməyə məcbur edən Laurentsiu Regekampfın futbolçuları görüşün son dəqiqələrində hesabı açmağa müvəffəq olublar. Əsas vaxta artırılan 3-cü dəqiqədə komandanın kapitanı Emin Mahmudov “Neftçi”nin ümidləndirib. 5 dəqiqə sonra isə Kenni Sayef mübarizəyə nöqtə qoyub. “Neftçi” – “Turan Tovuz” 2:0. Beləliklə, iki oyunun ümumi nəticəsinə əsasən 2:1 hesabı ilə qalib gələn “Neftçi” turnirin finalına yüksəlib. Komanda həlledici mərhələdə “Səbail” – “Qəbələ” cütünün güclüsü ilə üz-üzə gələcək.